Ana Dili: Əlifbanı Öyrənirəm

Ana Dili: Əlifbanı Öyrənirəm Ana Dili: Əlifbanı Öyrənirəm Ana Dili: Əlifbanı Öyrənirəm Ana Dili: Əlifbanı Öyrənirəm

Ana Dili Mobil Oyununa xoş gəlmisiniz. Əziz valideynlər, bu oyunla dünyanın hansı yerində olmağınızdan asılı olmayaraq övladlarınıza Azərbaycan Dili əlifbasını əylənərək öyrədə bilərsiniz. 

Bu oyunda hərflər uşaqlara xəttlərin və qövslərin birləşməsi olaraq deyil, hər biri fərqli bir cizgi film obrazları olaraq təqdim edilir. Özünəməxsus səslərə və hərəkətlərə sahib olan bu hərflər sayəsində uşaqlar həm hərflərin yazılışını, həm adlarını, həm fonetikasını, həm də oynadıqları sözlərin leksik mənasını öyrənir.

Məktəbəqədər və ibtidai sinif çağında olan şagirdlərə əvəzedilməz təhsil təcrübəsi təqdim edən Ana Dili mobil oyunu eyni zamanda xarici ölkələrdə yaşayan həmvətənlərimizə, eləcə də məktəblərin və təhsil mərkəzlərinin olmadığı regionlarda yaşayan milyonlarla balaca üçün də Azərbaycan Əlifbasını ən sevdikləri üsulla – əylənərək öyrənmə fürsətidir.

Ana Dili mobil oyunu Pasha Holding-in Azərbaycan Dili və Dünya Azərbaycanlılarına hədiyyəsidir.

Qeyd: Oyun ilə bağlı rəylərinizi bizimlə paylaşmağı unutmayın.

  • Related Posts

    Getcontact

    Biz dünya üzrə icazəsiz zənglər və mesajların qarşısını almaq üçün tədbirlər görürük. Hər il ən azı üç milyard arzuolunmaz zəng və saxtakarlıq cəhdlərini bloklayırıq. Sizin rəyinizlə, milyonlarla Getcontact istifadəçisi üçün…

    Ölkə.Az

    Ölkəmizdə qısa müddət ərzində müstəqil informasiya siyasəti həyata keçirən media qurumu kimi tanınan "Ölkə.Az" saytında Azərbaycanın ictimai, siyasi, sosial, mədəni və digər həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı…